Ali məktəblərə ixtisas seçiminin vaxtı açıqlandı

17 Avqust 2021 - 10:35

2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin vaxtı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçimi bütün ixtisas qrupları üzrə avqustun 20-dən 30-dək internet vasitəsilə aparılacaq.