Ali Məhkəmə Trampın seçkinin nəticələri ilə bağlı şikayətini rədd edib

ABŞ Ali Məhkəməsi sabiq prezident Donald Trampın seçkilərin nəticələri ilə bağlı üç şikayətindən sonuncusunu rədd edib.

“RİA Novosti” xəbər verir ki, məhkəmə keçmiş dövlət başçısının Viskonsindəki səsvermə nəticələri ilə bağlı etirazının geri çevirildiyi aşağı instansiyanın qərarını qüvvədə saxlayıb.

Bu ştatda Donald Tramp Co Baydenə 20 min səs fərqi ilə məğlub olmuşdu. Ali Məhkəmə öz qərarına izahat gətirməyib.

Bundan əvvəl isə Ali Məhkəmə seçkilərin nəticələrinə yenidən baxılmasını tələb edən Texas və bir sıra ştatların iddialarını nəzərdən keçirməkdən imtina etmişdi. Ali Məhkəmədən açıq şəkildə bildirilib ki, onlar regional rəhbərliklərin məşğul olduqları səslərin sayılması işinə müdaxilə etməyəcəklər.

Aşağı instansiya məhkəmələrində Tramp təxminən 55 iş üzrə məğlub olub. O, yalnız bir işdə qalib gəlib, ancaq bu da nəticələrə təsir göstərməyib. Eyni zamanda, sabiq prezident hələ də seçkilərin nəticələrini tanımır və özünün qələbə qazandığını bildirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

“WhatsApp” bir sıra smartfonlarda işini dayandırır