Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır.
AzPost bildirir ki, bu barədə DİM məlumat verib.
Abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
Bu gün saat 09:15-ə olan məlumata əsasən, 81363 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib.
Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.