Ali məktəblərə qəbul olunanların 46 faizi dövlət sifarişi ilə təhsil alacaq

Ali təhsil müəssisələrinə qəbul olunanların 46,69 faizi dövlət sifarişi ilə təhsil ala biləcək. Bu il dövlət sifarişli yerlərin sayı 2 faiz artıb.

AzPost APA -ya istinadən  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.

O qeyd edib ki, bu il ali təhsil müəssisələrinə qəbul olunanların 53,31 faizi isə ödənişli əsaslarla təhsil alma şansı əldə biləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.