Nazirlər Kabineti ali məktəblərə qəbul üçün plan yerlərinin sayını təsdiqləyib.
Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar mətbuat konfrasında deyib.
“Mülkü ali məktəblərə 60 489 nəfər qəbul edəcəyik. Bu, keçənilki plan yerlərindən 1300 yer və ya 2 faiz çoxdur. Dövlət sifarişli yerlərin sayı 568 yer artıb. Bu il kolleclərə 15874 nəfər qəbul edəcəyik. Amma 9 illikdə verilən yerlərin sayı 25 faiz azalıb. Bu il 8144 nəfər qəbul olunacaq”, – o qeyd edib.
DİM sədri bildirib ki, ali təhsil müəssisələrinə 1309 plan yeri artırılıb: “I ixtisas qrupu üzrə 455, II qrup üzrə 385, III qrup üzrə 124, IV qrup üzrə 114, V qrup üzrə isə 231 nəfər plan yeri artırılıb”.