Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ali təhsildə süni intellekt inqilabı: Bilməli olduqlarınız

User 13 İyul 2025 - 10:20 (Last updated: 13 İyul 2025 - 07:47)
tehsil suni intellekt

Dünya Bankı tərəfindən “Ali Təhsildə Süni İntellekt İnqilabı: Bilməli olduqlarınız” adlı hesabat hazırlanıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin iyun sayında hesabatdan çıxarışlara yer verilib.

Hesabatda süni intellektin ali təhsil sistemlərinə inteqrasiyasının əsas istiqamətləri, əldə olunan ilkin nəticələr, mövcud problemlər və gələcəyə dair tövsiyələr yer almaqdadır. Hesabatın əsas diqqət mərkəzində Latın Amerikası və Karib hövzəsi ölkələri dayansa da, təqdim edilən nəticələr və analitik yanaşmalar qlobal miqyasda tətbiq oluna biləcək prinsipləri özündə ehtiva edir.

Hesabatda süni intellektin təhsildə səmərəli və etik prinsiplər əsasında tətbiqinin tədrisin fərdiləşdirilməsi, keyfiyyətinin artırılması, inzibati idarəetmənin optimallaşdırılması və sosial inklüzivliyin gücləndirilməsi baxımından əhəmiyyətli potensiala malik olduğu vurğulanır. Bu əsasda süni intellekt alətlərinin tətbiq sahələri 3 mühüm kateqoriya üzrə təqdim olunur: tələbə mərkəzli alətlər, müəllim mərkəzli alətlər və institusional yönümlü alətlər.

Tələbələr üçün nəzərdə tutulan süni intellekt alətlərinə virtual repetitor sistemi (Al Tutoring Systems), adaptiv öyrənmə platformaları (məsələn, Packback, Yellowdig) və fərdiləşdirilmiş təlim yolları daxildir. Harvard Universitetində aparılmış tədqiqatların nəticələrinə görə, tədris prosesində Sİ-dən istifadə edən tələbələr ənənəvi aktiv öyrənmə mühitlərində iştirak edən yaşıdlarına nisbətən 2 dəfə daha çox bilik əldə etmişlər. Bənzər nəticələr Stanford və Nigeriyada həyata keçirilən təcrübələrdə də müşahidə olunub. Hesabatda qeyd olunur ki, süni intellekt əsaslı repetitor sistemləri (Al Tutoring Systems) tələbəyönümlü və fərdi yanaşmaya əsaslanan tədrisin həyata keçirilməsinə imkan verən texnoloji alternativ kimi “Bloom-un 2 Sigma Problemi”nin həllində istifadə olunur.
Müəllimlər üçün nəzərdə tutulan Sİ alətləri isə tədris və qiymətləndirmə proseslərinin effektivliyini artırmaqla yanaşı, həm də tədqiqat fəaliyyətlərində dəstək təmin etməkdədir. “Cadmus” (Melburn Universiteti – Avstraliya) və “Gradescope” (Stanford Universiteti – ABŞ) kimi platformalar avtomatlaşdırılmış qiymətləndirmə, plagiatın aşkarlanması və tələbəyə fərdi rəyin təqdim olunması imkanları ilə fərqlənir. Hesabatda qeyd edilir ki, “Gradescope”dan istifadə tələbələrin akademik göstəricilərində 23% qədər irəliləyişə səbəb olmuşdur. Eyni zamanda, “Research Rabbit”, “Semantic Scholar” və “Julius” kimi tədqiqat dəstək alətləri müəllim-tədqiqatçılarda ədəbiyyat icmallarını adekvat şəkildə hazırlamaq, elmi əlaqələri vizuallaşdırmaq və potensial tədqiqat boşluqlarını müəyyənləşdirmək imkanı yaradır.
İnstitusional səviyyədə isə Sİ alətlərindən (Al Chatbot) istifadənin təsiri idarəetmənin planlaşdırılması və strateji qərarların qəbulunda əhəmiyyətli rol oynayır. Belə ki, “Penny”, “TECgpt” və “uPlanner” (Peru) kimi platformaları tələbə məlumatlarını idarə etmək, tədris yüklərini balanslaşdırmaq, risk qrupunda olan tələbələri aşkar etmək və akademik göstəriciləri proqnozlaşdırmaq məqsədilə istifadə olunur. Məhz bu texnologiyaların istifadəsi nəticəsində tələbələrin akademik müvəffəqiyyət göstəricilərində 1.3% artım müşahidə olunub.

Hesabatda həmçinin ABŞ-nin Corciya Dövlət Universitetində tətbiq olunan “Pounce chatbot”u tələbələrin qəbul prosesində yol verdikləri inzibati xətaları aradan qaldırmaqla qeydiyyat nisbətlərində 3.3% artım təmin etdiyi qeyd olunur. Çilidə “ConsiliumBots” isə süni intellektlə dəstəklənən alqoritmlərlə tələbələrin düzgün proqramlara yönləndirilməsini təmin edir, nəticədə zəif uyğunluq nisbətini 38% azaldır və tələbələrin qeydiyyatdan keçmə ehtimalını üçqat artırır.

Hesabatda, eyni zamanda, süni intellektin tətbiqi ilə bağlı bir sıra əhəmiyyətli çətinliklər də vurğulanır. Bu çətinliklər arasında infrastruktur və texnoloji bərabərsizliklər başlıca yer almaqdadır. Belə ki, müəllimlərin 80%i Sİ alətlərindən istifadə qaydaları ilə bağlı aydın institusional siyasətlərin olmadığını, 83%i isə tələbələrin Sİ alətləri tərəfindən təqdim edilən məlumatları tənqidi qiymətləndirməkdə çətinlik çəkdiyini bildirmişdir. Əlavə olaraq alqoritmik qərəz, fərdi məlumatların məxfiliyinin pozulması və etik-hüquqi çərçivələrin olmaması da qeyd edilən əsas risklər sırasındadır. Bundan başqa Si texnologiyalarından həddindən artıq asılılıq tələbələrdə düşünmə və problem həlletmə bacarıqlarının zəifləməsinə səbəb ola bilər. Bütün çətinliklərə baxmayaraq aparılan sorğuların nəticələri göstərir ki, 61% müəllim artıq tədrisdə süni intellektdən istifadə edir, 65% isə Sİ alətlərindən istifadəni fürsət kimi qiymətləndirir.

Bu problemlərin aradan qaldırılması məqsədilə hesabatda aşağıdakı strateji tövsiyələr təklif edilir:

1. Regionda Si üzrə tədqiqat və innovasiya fəaliyyətlərinin səmərəliliyinin artırılmasında dövlət və özəl sektorun birgə əməkdaşlığının vacibliyi;

2. Müəllimlər üçün sistemli və davamlı təlim proqramlarının planlaşdırılması;

3. Rəqəmsal bərabərsizliyin aradan qaldırılması üçün internet və texnoloji avadanlıqların əlçatanlığının əmin olunması;

4. Süni intellektin şəffaf və məsuliyyətli istifadəsini təmin etmək üçün etik, hüquqi çərçivələrin hazırlanması.

Mənbə: Molina, E., & Medina, E. (2025). Al Revolution in Higher Education. What you need to know. In Digital Innovations in Education. World Bank. World Bank.

AzPost.az

Post navigation

Previous: Kartdan karta köçürmə: gəlir, yoxsa ciddi maliyyə riskləri?
Next: Mygov vasitəsi ilə verilən PDF sənədlərin həqiqiliyini necə yoxlamaq olar?

Oxşar xəbərlər

et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
qida yemek
  • Sosial

Ürəyə zərər verən qidalar açıqlandı – Gündəlik menyudan nəyi çıxarmalı?

User 06 Noyabr 2026 - 19:20

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.