Alimlər ağır koronavirus xəstələrindəki çatışmazlığı müəyyənləşdirdilər

17 İyul 2020 - 09:35

Fransız alimləri COVID-19-a yoluxmuş pasiyentlərdə rast gəlinən ümumi simptomu tapıblar.

“Report” xəbər verir ki, bu barədə “Science” jurnalı yazıb.

Alimlər süni tənəffüs cihazında olan 50 koronavirus xəstəsinin vəziyyətini tədqiq ediblər. Onlar pasiyentlərdə interferon çatışmazlığını (viruslarla mübarizə üçün orqanizmdən ayrılan zülal) və gücü iltihabı aşkar ediblər.

Qeyd edilir ki, ən ağır pasiyentlərdə orqanizmdə infeksiyanın yayılmasını yavaşıdan I tip interfer çatışmazlığı müşahidə olunub.