Alimlər Hitlerin DNT-sini araşdırdılar –Gözlənilməz nəticələr ortaya çıxdı

Alimlər faşist Almaniyasının rəhbəri olmuş Adolf Hitlerin intihar etdiyi fürer divanından bir parça parça istifadə edərək onun DNT-sini təhlil ediblər.

AzPost bildirir ki, bu barədə The Times qəzetinin məlumatında deyilir.

Tədqiqatın nəticələri hələ elmi jurnallarda dərc olunmayıb. Qəzet alimlərin yalnız bir neçə nəticəsinə istinad edir.
The Times qəzeti “əsas tapıntı” olaraq Hitlerin cinsi yetişkənliyə və cinsiyyət orqanlarının inkişafına mane ola bilən genetik xəstəlik Kallman sindromuna tutulduğunu qeyd edir. Qəzet Birinci Dünya Müharibəsindən qalma məlumatlara istindən bildirir ki, Hitler cinsiyyət orqanlarının ölçüsünə görə təhqir olunub.

Alimlər həmçinin Hitlerin yəhudi köklərinin olmadığını bildiriblər: DNT analizi onun əcdadlarının avstriyalı almanlar olduğunu göstərib. The Times qəzeti xatırladır ki, 2022-ci ildə Rusiya xarici işlər naziri Sergey Lavrov Hitlerin guya yəhudi köklərinin olduğunu açıq şəkildə bildirib. Putin daha sonra bu sözlərə görə üzr istəməli olub.

Tədqiqat göstərdi ki, Hitlerin şizofreniya, bipolyar pozğunluq və autizm spektr pozğunluqlarına yüksək genetik meylliliyi olub. Lakin alimlər DNT analizinə əsasən Fürerin həqiqətən də bu xəstəliklərə yoluxduğunu təsdiqləyə bilmədilər.

Tədqiqatın aparıcı genetiki, professor Turi Kinq bildirib ki, “Əgər Hitler genetik nəticələrinə baxsaydı, özünü qaz kameralarına göndərərdi”.

Tədqiqat bu şənbə günü Britaniya televiziya kanalı Channel 4-də yayımlanan “Hitlerin DNT-si: Diktatorun layihəsi” sənədli filmində nümayiş olunacaq.

Alimlər və filmin yaradıcıları Hitlerin DNT-sində olanlara bənzər xəstəlikləri olan insanları damğalamağın qəbuledilməzliyini vurğulayırlar. Onlar iddia edirlər ki, Fürerin genomu onun şəxsiyyətinin formalaşmasında rol oynayıb, lakin sadəcə bir çox digər amillər üçün fon olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.