Alimlər 1500 il gizli qalmış “Bibliya”nı tapdılar –Köhnə mətnlərdə nə yazılıb?

Avstraliya Elmlər Akademiyasının mütəxəssisləri ultrabənövşəyi işığın köməyi ilə 1,5 min il ərzində gizli qalmış “Bibliya”nın köhnə versiyasını aşkar ediblər.

Azpost.info Gismeteo nəşrinə istinadən bildirir ki, alimlər bu barədə “Yeni Əhdi-Cədid Araşdırmaları” jurnalında dərc olunan məqalədə açıqlayıblar.

Ultrabənövşəyi şüalar qədim manuskriptdə -palimpsest üzərində yazılmış üç qatlı sözlərin altında gizlədilən mətnin əvvəlki variantını görməyə imkan verib. Palimsest artıq yazılmış mətnin üzərinə sözlər yazmaq üçün istifadə edilən qədim əlyazmanın adıdır.

Alimlər qeyd edirlər ki, “Bibliyada” tapılan mətn Matta İncilinin çoxdan itmiş 12-ci fəslidir.

Gizli mətn Vatikan Kitabxanasında saxlanılan əlyazmada tapılıb.

Tapıntı alimlərə “İncil” mətninin təkamülünün ilkin mərhələlərini dərk etmək və müasir tərcümələrlə müqayisə etmək üçün unikal imkan verir.

Azpost.info

Əvvəlki məqalə

“Hədəfimiz Putindir” –

Sonrakı məqalə

İlon Maskın “adamı” ABŞ prezidentliyinə namizədliyini açıqladı –