Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İlon Maskın “adamı” ABŞ prezidentliyinə namizədliyini açıqladı –

User 25 May 2023 - 09:16 (Last updated: 21 May 2025 - 20:15)
desantis

Florida ştatının qubernatoru Ron Desantis Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini rəsmən elan edib.

Azpost.info bildirir ki, bu barədə “Associated Press” agentliyi xəbər yayıb.

Desantisin bu qərarı onun ABŞ Federal Seçki Komissiyasına ərizə verməsindən sonra məlum olub. Desantisin çərşənbə günü iş adamı Elon Mask ilə onlayn söhbətindən sonra və prezidentliyə namizədliyini irəli sürmək qərarını elan edib.

“Mən Amerikanın böyük qayıdışına rəhbərlik etmək üçün prezidentlik postuna namizədliyimi irəli sürüəm”-deyə Desantis Tvitterin sahibi Maskla səsli çatda söhbəti zamanı bəyan edib.

Desantisin əsas rəqibi Tramp rəqibinin bəyanatını “fəlakət” adlandırıb: “Vay səni! Desantisin tvitterdə kampaniyaya start verməsi -Fəlakətdir! Onun bütün seçki kampaniyası fəlakətlə nəticələnəcək. Baxarsınız!”-deyə Tramp öz telegram-kanalında yazıb.

44 yaşlı Desantis 2019-cu ildən Florida ştatının qubernatorudur. Bundan əvvəl o, 2013-2018-ci illərdə bu ştatdan ABŞ Nümayəndələr Palatasının üzvü olub. O, digər respublikaçı namizədlər arasında ABŞ-ın keçmiş prezidenti Donald Trampın ən ciddi rəqibi hesab olunur.

Artıq bir neçə nəfər  Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizə aparmaq niyyətində olduqlarını bəyan ediblər. Bu sıraya sabiq prezident Tramp, Cənubi Karolina ştatından respublikaçı senator Tim Skott, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli, Arkanzas ştatının keçmiş qubernatoru Asa Hatçinson və iş adamları Vivek Ramasvami, Perri Conson daxildir.

Demokratlar Partiyasından isə ABŞ-ın hazırkı prezidenti 80 yaşlı Co Bayden, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu, kiçik Robert Kennedi və yazıçı Marianne Uilyamson prezidentliyə namizədlik üçün praymerizdə iştirakla bağlı öz namizədliklərini irəli sürüblər.

Azpost.info

Post navigation

Previous: Alimlər 1500 il gizli qalmış “Bibliya”nı tapdılar –
Next: Bu günə olan valyuta məzənnələri

Oxşar xəbərlər

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.