Alimlər arasında ixtisarlar nəzərdə tutulmur –Elm və təhsil naziri

Alimlər arasında ixtisarlar qətiyyən nəzərdə tutulmur.

Иunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” verilişində deyib.

O bildirib ki, qarşıya qoyulan məqsəd kimisə işdən çıxarmaq, kimisə yaşına görə diskriminasiya etmək deyil: “Növbəti mərhələyə baxış çox önəmlidir. Uzunmüddətli inkişaf elmsiz mümkün deyil. Geniş şəkildə ixtisarlar və optimallaşdırılmalar yəqin ki, olmayacaq”.

Yeni yaradılan agentliklərin hansı istiqamətdə fəaliyyət göstərəcəyinə gəlincə isə nazir qeyd edib ki, bu qurumlar müvafiq təhsil pilləsi üzrə koordinasiyasını həyata keçirəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.