Alimlər Ayda müəmmalı maddə tapdılar

Alimlər Ayın arxa səthində müəmmalı maddə aşkar ediblər.

Azpost.info bildirir ki, çinli alimlər ay proqramı çərçivəsində  yerin təbii peykində qeyri-adi rəngə malik “geləbənzər maddə” tapıblar. Bu maddənin hansı xassəyə malik olması barədə hələlik məlumat verilməyib.

“Yutu -2” aparatı Ayda bu maddəni səkkizinci ay günündə görüb. Alimlər bundan sonra  tədqiqatı  dayandırıb bununla məşğul olmağa başlayıblar.

Qeyd olunur ki, bu müəmmalı maddə Ayın kiçik kraterlərinin birində yerləşib. Onun kimyəvi tərkibini öyrənmək üçün mütəxəssislər cəlb olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Oğlu həbs edilmiş deputat İqbal Məmmədov məhkəməyə şikayət verməkdən imtina edib

Sonrakı məqalə

“Cümhuriyət”in bərpasından və Cebhe.info-nun yaranmasından 4 il ötür