Alimlər Boliviyada 20 yeni heyvan və bitki növü aşkar ediblər

Elm adamlarından ibarət ekspedisiya Boliviyanın And dağ silsiləsində elmə məlum olmayan 20 heyvan və bitki növü aşkar ediblər.

RİA Novosti xəbər verir ki, bu barədə “Conservation International” qeyri-kommersiya təşkilatı məlumat yayıb.

Bildirilib ki, onların sayı tükənmək üzrədir.

Alimlərin ekspedisiyasına “Conservation International”ın proqram rəhbəri Trond Larsen və Boliviyanın paytaxtı La-Pas yaxınlığında Yerli təbiəti qoruma şöbəsinin müdiri Klaudia Kortez rəhbərlik edib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türk Şurası ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları ilə bağlı açıqlama yayıb

Sonrakı məqalə

İsveçdə bütün yaş qrupları üzrə koronavirusa yoluxma sayı sürətlə artır