Alimlər planetin ən qoca ağacını tapdılar

Alimlər planetin ən yaşlı ağacını tapıblar. Onun gövdəsinin diametri 4 metrə yaxın, hündürlüyü isə 28 metrdir.

Los-Riosun (Çili) cənubunda meşədə yarğanın kənarında tədqiqatçılar tərəfindən aşkarlanan ağacın yaşının 5000 ildən artıq olduğu təxmin edilir. Hazırda onlar ağacın “planetdə ən yaşlı ağac” kimi müəyyən edilməsi prosesini aparırlar.

Bu barədə “Science Alert” nəşri yazır.

Bu nəhəng ağac Pataqon sərvidir, onu artıq “Ulu baba” adlandırıblar və o, dünyanın “ən yaşlı ağac”ı adını qazanmaqla yanaşı, həm də alimlərə Yer kürəsinin iqlim dəyişikliklərinə necə uyğunlaşdığını anlamağa kömək edəcək.

Alim Antonio Laranın sözlərinə görə, bu sərv unikal “salamat qalan” ağacdır və o, son vaxtlar populyar görməli yerlərdən birinə çevrilib, getdikcə daha çox turist xatirə şəkli çəkdirmək üçün onun axtarışına çıxır. Yerli hakimiyyət orqanları hətta parkın nəzarətçilərinin sayını artırmağa və bu nəhəng ağaca yaxınlaşmağa məhdudiyyət qoymağa məcbur olublar.

2020-ci ildə alimlər “Ulu baba”dan nümunə götürüblər, bundan ötrü ən uzun əl qazıma alətindən istifadə ediblər, bununla belə gövdənin mərkəzinə çatmağa nail olmayıblar. İlkin hesablamalar nümunənin 2400-ə yaxın yaşı olduğunu göstərib. Sonra alimlər sərv ağacının tam yaşını hesablamaq üçün proqnostika modelindən istifadə ediblər. Bütün mümkün trayektoriyanın 80 faizi nəhəng ağacın yaşının 5000 ildən çox olduğu göstərir.

 

 

 

Əvvəlki məqalə

Tərtərdə mina partladı, 3 nəfər həlak oldu

Sonrakı məqalə

AZAL 248 milyon dollar qiyməti olan 8 “Boeing” aldı –