Alimlər qədim botanika rəsmlərində riyazi anlayışları kəşf ediblər

Alimlər səkkiz min ildən çox yaşı olan qədim botanika rəsmlərinin mürəkkəb riyazi anlayışlar ehtiva etdiyini aşkar ediblər.

AzPost İzvestiya qəzetinə istinadən xəbər verir ki, hazırkı Türkiyə, Suriya və İraq ərazisində tapılan Halaf mədəniyyətinə aid saxsı qablar üzərindəki bitkilərin təsvirləri nizam, nisbət və hesab prinsiplərini nümayiş etdirir. Naxışlar çox vaxt simmetrikdir və 4, 8, 16 və ya 64 kimi ədədi ardıcıllıqlara uyğun ləçəkləri olan çiçəkləri əhatə edir. Bu, həndəsi irəliləyişin istifadəsini və yazının yaranmasından əvvəl də inkişaf etmiş düşüncəsini göstərir.

Qeyd edək ki, saxsı qablar kənd təsərrüfatı bitkilərini deyil, estetik cəlbediciliyinə görə seçilmiş bitkiləri təsvir edir. Bu, motivlərin aqrar rituallardan daha çox vizual qavrayışla əlaqəli olduğunu göstərir. Tədqiqat riyazi düşüncənin gündəlik həyatda vizual təcrübələr vasitəsilə inkişaf etdiyini sübut edir.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.