Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Alimlərdən kriminalistlərə inanılmaz kömək –

User 03 Noyabr 2025 - 12:33 (Last updated: 03 Noyabr 2025 - 12:33)
dnt

Tədqiqatçılar artıq DNT-də mövcud olan incə kimyəvi dəyişiklikləri təhlil edərək insanın yaşını və xüsusiyyətlərini hətta kiçik və ya zədələnmiş nümunələrdən belə qiymətləndirə bilirlər.

AZƏRTAC xəbər verir ki, Polşanın Yagellon Universiteti və Varşavadakı Polis Mərkəzi Məhkəmə Ekspertizası Laboratoriyasının alimlərinin də daxil olduğu tədqiqat qrupu insanın yaşını və davranış xüsusiyyətlərini DNT-dən inanılmaz dəqiqliklə proqnozlaşdıra bilən güclü yeni bir məhkəmə ekspertiza alətinin yaradılmasına kömək edib.

VISAGE (Genomika vasitəsilə görünən xüsusiyyətlər) kimi tanınan beynəlxalq layihə Avropanın bir çox qurumundan mütəxəssisləri bir araya gətirib.

“TVP World” telekanalının məlumatına görə, Polşanın Pomeraniya Tibb Universitetinin professoru və Yagellon Universitetinin keçmiş tədqiqatçısı Evelina Pospieç bu kəşfi “Polşa üçün böyük bir uğur” adlandırıb.

“Qrupun yaratdığı alət hazırda bütün dünyada sınaqdan keçirilir və təsdiqlənir. Bu, həqiqətən də əhəmiyyətli bir nailiyyətdir”, – deyə o bildirib.

Pospieçin əlavə edib: “Layihə, görünüş, biocoğrafi mənşə və DNT-yə əsaslanan yaş kimi müxtəlif insan xüsusiyyətlərini yüksək dəqiqliklə proqnozlaşdırmağa imkan verən metodlar hazırlamağı hədəfləyirdi”.

Kriminalistika sahəsindəki irəliləyiş DNT metilləşməsi kimi tanınan kimyəvi bir prosesə əsaslanır. Bu prosesdə metil qrupu birləşmələri gen aktivliyini dəyişdirmək üçün DNT zəncirlərinə əlavə olunur və həmin proses yaşla dəyişir. Oxşar üsullar 2011-ci ildən bəri istifadə olunsa da, onlar polis araşdırmalarında həmişə təsirli deyil, çünki bioloji nümunələr çox vaxt kiçik və ya zədələnmiş vəziyyətdə olur.

VISAGE layihəsi laboratoriya və proqram təminatı təhlili vasitəsilə daha dəqiq bir model hazırlayıb. Yeni alət hər bir insanın yaşını üç il və ya daha az səhv həddi ilə qiymətləndirə bilər. Pospieç deyib: “Nümunənin mənşəyini müəyyən edən şəxsin yaşı nə qədər dəqiq müəyyən edilərsə, şübhəlilərin sayı bir o qədər azalır”.

AzPost.az

Post navigation

Previous: Lukaşenko Avropadan gələn yük maşınlarının hərəkətini qadağan etdi
Next: Avropa İttifaqı ilə media sahəsində əməkdaşlıq müzakirə olunub

Oxşar xəbərlər

teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17
corek
  • Sosial

Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər

User 26 Oktyabr 2026 - 14:00

xƏBƏR

hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
“Figaro” və “Le Monde” qəzetləri, demək olar ki, hər gün Azərbaycan əleyhinə materiallar dərc edirlər“. Oxu.Az xəbər...
Read more about “Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12
Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı aile xerc
  • Baş Yazı

Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı

User 26 Oktyabr 2026 - 15:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.