Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Avropa İttifaqı ilə media sahəsində əməkdaşlıq müzakirə olunub

User 03 Noyabr 2025 - 12:51 (Last updated: 03 Noyabr 2025 - 12:51)
media avro

Azərbaycanın Rumıniyadakı səfirliyində Avropa Parlamentinin deputatı Kristian Terheşlə görüş keçirilib.

Görüşdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında informasiya, kommunikasiya və media sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regionda informasiya təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olunub.

Kristian Terheş qeyd edib ki, Avropa Parlamenti Cənubi Qafqaz regionunda sülhün möhkəmlənməsinə və dialoqun təşviqinə böyük önəm verir. O, Azərbaycanın müasir informasiya siyasətini, medianın müstəqilliyinin və rəqəmsal transformasiyanın dəstəklənməsini yüksək qiymətləndirib.

Görüşdə, həmçinin sülhün bərqərar olmasından sonra Azərbaycanın regiondakı aparıcı rolu müzakirə edilib. Avropa Parlamentinin deputatı avqustun 8-də Vaşinqtonda ABŞ-ın iştirakı ilə Azərbaycanla Ermənistan arasında imzalanan Birgə Bəyannaməni yüksək qiymətləndirib. Tərəflər bu sənədi Cənubi Qafqazda əməkdaşlığın möhkəmlənməsi istiqamətində mühüm addım kimi dəyərləndiriblər.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şurasının sədri İsmət Səttarov çıxışlarında Azərbaycan mediasının beynəlxalq inteqrasiyasının və Avropa informasiya məkanında fəal iştirakının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, son illər ərzində Azərbaycanın media qurumları ilə Avropa ölkələrinin aparıcı informasiya agentlikləri arasında əməkdaşlıq əlaqələri genişlənib, birgə layihələr, jurnalist mübadiləsi proqramları və təlimlər həyata keçirilir.

Səfir Qüdsi Osmanov bildirib ki, Azərbaycan ilə Rumıniya arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyəsi media əməkdaşlığında da yeni imkanlar açır. O, Avropa Parlamentinin üzvü Kristian Terheşi Azərbaycan reallıqları, xüsusilə də regionda sülh və bərpa prosesləri barədə obyektiv məlumatların Avropa ictimaiyyətinə çatdırılmasında dəstək göstərməyə dəvət edib.

Görüşdə, həmçinin dezinformasiya ilə mübarizə, rəqəmsal media savadlılığı, gənc jurnalistlərin Avropa təcrübəsinə çıxışı və enerji təhlükəsizliyi ilə bağlı ictimai kommunikasiyanın gücləndirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sonda tərəflər media sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi və Azərbaycan–Avropa informasiya əlaqələrinin genişləndirilməsi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi barədə razılığa gəliblər.

AzPost.az

Post navigation

Previous: Alimlərdən kriminalistlərə inanılmaz kömək –
Next: ADA ilə “Veysəloğlu”nun uğurlu tərəfdaşlığı –

Oxşar xəbərlər

1200x800 (11)
  • Media

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

User 26 Oktyabr 2026 - 11:46
xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
suni intelekt is
  • Media

2035-ci ilə qədər jurnalistlərin yarısı işini itirəcək – Süni intellekt media bazarını dəyişir

User 22 Oktyabr 2026 - 17:07

xƏBƏR

hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
“Figaro” və “Le Monde” qəzetləri, demək olar ki, hər gün Azərbaycan əleyhinə materiallar dərc edirlər“. Oxu.Az xəbər...
Read more about “Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12
Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı aile xerc
  • Baş Yazı

Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı

User 26 Oktyabr 2026 - 15:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.