Alimlər bu ağır xəstəliyin qarşısını alan içki hazırlayıb

Cənubi Florida Universitetindən olan alimlər insanda demensiyanın inkişafının qarşısını almağa qadir olan probiotik kokteyl yaradıblar.

Elmi araşdırmanın nəticələri “Scientific Reports” elmi dərgisində nəşr olunub.

Məqaləyə əsasən, “yaxşı” bakteriyalardan ibarət qatqı bağırsaqların həssaslığını azaldır, beyni iltihab prosesindən qoruyur və insanda koqnitiv pozuntu risklərini aradan qaldırır.

Eksperimentin gedişində 16 həftə ərzində siçanların içdiyi suya müəyyən probiotik birləşmələrinin ştammlarını əlavə ediblər. Ardınca sınaq heyvanları məkan yaddaşı ilə bağlı (su labirinti) testdən keçirilib. Probiotik kokteyli içənlər tapşırığın öhdəsindən daha yaxşı gəlib.

Alimlərdən ibarət komanda müəyyən edib ki, içkinin tərkibindəki probiotiklər beyində Alzheimer xəstəliyinin əsas əlamətlərindən biri olan amiloid lövhəciklərinin yaranmasına səbəb olan zülalların istehsalını ləngidir. Bundan əlavə, bu kokteyl beyində iltihabı azaldır və qan-beyin baryerinin — qan dövranı ilə beyin toxuması arasında yerləşən təbii qoruyucu filtrin bütövlüyünü qoruyub saxlayır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.