Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Alimlər şizofreniya ilə bağlı səkkiz yeni gen aşkar ediblər

User 11 Noyabr 2025 - 22:41 (Last updated: 11 Noyabr 2025 - 12:08)
psixiko

Kardiff Universitetinin alimləri şizofreniya ilə əlaqəli səkkiz yeni gen müəyyən ediblər.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, bu kəşf indiyə qədər aparılan ən böyük ekzom ardıcıllığı araşdırmasının nəticəsidir və xəstəliyin səbəblərini daha yaxşı anlamağa imkan verir.

“Nature Communications” jurnalında dərc olunan araşdırmada şizofreniya diaqnozu qoyulmuş 28 min 898 nəfərin, sağlam 103 min 041 şəxsin və 3 444 ailənin genetik məlumatları təhlil olunub. Nəticədə iki gen – STAG1 və ZNF136 şizofreniya ilə güclü şəkildə əlaqələndirilib. Daha altı gen (SLC6A1, KLC1, PCLO, ZMYND11, BSCL2 və CGREF1) isə orta səviyyəli sübutlarla xəstəliklə bağlıdır.

Alimlər bildirirlər ki, bu genlərdəki mutasiyalar beynin kimyəvi rabitəsini pozaraq xəstəliyin inkişafına səbəb ola bilər. Xüsusilə SLC6A1 və KLC1 genlərindəki dəyişikliklər şizofreniya riskini artıran yeni mutasiya növü kimi müəyyən edilib. Mütəxəssislərə görə, bu tapıntılar şizofreniyanın autizm, epilepsiya və inkişaf geriliyi kimi digər nevroinkişaf pozğunluqları ilə ortaq genetik köklərə malik olduğunu da göstərir. Tədqiqatçılar hesab edirlər ki, bu kəşf gələcəkdə yeni dərmanların hazırlanması və hədəfli müalicələrin inkişafı üçün mühüm addımdır.

AzPost.az

Post navigation

Previous: Müslüm Maqomayevin SSRİ-də göstərilməyən konserti –
Next: Nə üçün bütün dünyada insanlar mühüm qərarları təkbaşına qəbul edir?

Oxşar xəbərlər

Su içmək
  • Maraqlı

Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır?

User 23 Oktyabr 2026 - 15:40
Beyin
  • Maraqlı

Beyin 30 yaşdan sonra qocalmağa başlayır? – Alimlər mühüm dəyişiklikləri açıqladı

User 23 Oktyabr 2026 - 15:16
virus huceyre
  • Maraqlı

Alimlər 80 yaşlı insanın hüceyrələrini 60 il cavanlaşdırdılar – Şok elmi təcrübə

User 23 Oktyabr 2026 - 13:28

xƏBƏR

Su içmək
  • Maraqlı

Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır?

User 23 Oktyabr 2026 - 15:40
Kifayət qədər su içmək arterial təzyiqin normal səviyyədə saxlanmasına və hipertoniya riskinin azaldılmasına kömək edə bilər. Lakin...
Read more about Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır?
Neftçalada qulaqcıq velosipedçinin həyatına son qoydu – VİDEO velo qeza
  • Sosial

Neftçalada qulaqcıq velosipedçinin həyatına son qoydu – VİDEO

User 23 Oktyabr 2026 - 15:26
Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır? dollar qizil
  • İqtisadiyyat

Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır?

User 23 Oktyabr 2026 - 15:23
Beyin 30 yaşdan sonra qocalmağa başlayır? – Alimlər mühüm dəyişiklikləri açıqladı Beyin
  • Maraqlı

Beyin 30 yaşdan sonra qocalmağa başlayır? – Alimlər mühüm dəyişiklikləri açıqladı

User 23 Oktyabr 2026 - 15:16
Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir? aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.