Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Alimlər xəbərdarlıq etdi: antibiotiklərlə ağrıkəsiciləri birlikdə qəbul etmək təhlükəlidir

Orkhan Ali 28 Avqust 2025 - 23:06 (Last updated: 28 Avqust 2025 - 23:06)
d86984fbd62b7ed43a87598646aa74b4

Cənubi Avstraliya Universitetinin alimləri antibiotiklərlə bəzi ağrıkəsici dərmanların birgə istifadəsinin ciddi fəsadlar törədə biləcəyini açıqlayıb. Foodinfo.az bildirir ki, tədqiqat nəticələri bu dərmanların bakteriyalarda antibiotiklərə qarşı davamlılığı gücləndirdiyini ortaya qoyub.

Araşdırmada doqquz məşhur preparatın təsiri öyrənilib: diklofenak, ibuprofen, parasetamol, furosemid, tramadol, psevdofedrin, temazepam, metformin və atorvastatin.

Ən təhlükəli təsir ibuprofen və parasetamolda müşahidə olunub. Alimlərin sözlərinə görə, bu preparatlar bağırsaq çöpü bakteriyasının siprofloksasinə qarşı davamlılığını artırır. Daha da təhlükəlisi odur ki, bu dərmanlar birlikdə istifadə edildikdə mutasiya səviyyəsi yüksəlir və bakteriyalar daha çox antibiotikə qarşı dözümlü olur.

Mütəxəssislər bildirirlər ki, parasetamol və ibuprofen bakteriyaların müdafiə mexanizmlərini aktivləşdirərək antibiotikin təsirini zəiflədir. Bu isə infeksiyaların müalicəsini çətinləşdirir və yeni dərman müqaviməti dalğasına səbəb ola bilər.

Alimlər həkimlə məsləhətləşmədən antibiotiklərlə yanaşı ağrıkəsici qəbul etməmək barədə xəbərdarlıq edir. Onların fikrincə, düzgün olmayan dərman kombinasiyası qlobal səviyyədə antibiotik müqaviməti problemini daha da dərinləşdirə bilər.

AzPost.az

Post navigation

Previous: ABŞ-ın F-35 qırıcısının qəzaya uğraması ilə bağlı yeni detallar açıqlanıb
Next: Bakıda marketlərdə satılan bu sular təmiz deyilmiş – SİYAHI

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.