Alış-veriş aludəçiliyi – Stressdən xilas olma, yoxsa?

Stress
stress

Alış-verişdən asılılığı həyat keyfiyyətini yaxşılaşdırmaq üçün deyil, əksinə çətinləşdirmək üçün işləməyə başlaması, daxili münaqişələrə  stress vəhəyat rifahının azalmasına səbəb ola bilir. AzPost xəbər verir ki, bu barədə aif.ru saytı məlumat verib.

Stress atmaq, yoxsa stressı düşmək?

Asılı olan bir insan üçün alış-veriş daxili boşluqdan və ya stressdən xilas olmaq üçün bir yol kimi görünür. Əksər hallarda bu vərdiş özünə hörməti artırmaq, emosional narazılıq, hətta depressiya ilə bağlı problemləri həll etmək üçün şüursuz cəhdlərə çevrilir. Əvvəlcə alış-veriş qısa müddətli sevinc hissi yarada, stressdən dərhal xilas edə bilər. Lakin zaman keçdikcə bu hiss azalır və yenidən bunu yaşamaq üçün insan getdikcə daha çox, bəlkə də ehtiyacı olmayan şeylərə xərcləməyə başlayır.

Online alış-veriş başqa bir problemdir

Mütəxəssislərin fikrincə, onlayn alış-verişə aludəçilik, ilk növbədə, real problemlərlə, stresslə birbaşa üzləşmədən xilas olmaqdır. Satınalma sahiblik sevincinə deyil, daxili narahatlıqla mübarizə vasitəsinə çevrildikdə, vəziyyətin sağlam istehlakdan kənara çıxdığı aydın olur.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.