Alla Puqaçovanın bütün ailə üzvləri Rusiyanı tərk edib

Məşhur müğənni Alla Puqaçovanın bütün ailə üzvləri Rusiyanı tərk edib.

Bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.

Bildirilib ki, müğənninin özü beşinci əri, teleaparıcı Maksim Qalkin və əkizləri Liza və Harri ilə birlikdə İsraildə məskunlaşıb. Qızı Kristina Orbakaite ABŞ-yə əri Mixail Zemtsov və qızı Klaudiyanın yanına gedib. Puqaçovanın böyük nəvəsi Nikita da artıq bir ildir ki, ABŞ-də yaşayır. Müğənninin kiçik nəvəsi Denis Baysarovun da Rusiyanı tərk etdiyi qeyd olunub.

Qeyd edək ki, A.Puqaçova Rusiya-Ukrayna müharibəsi fonunda 2022-ci ilin yazında İsrailə köçüb. (Qafqazinfo)

Əvvəlki məqalə

Bu il Türkiyəyə 1 milyondan çox rusiyalı turist gəlib

Sonrakı məqalə

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib