“Allahşükür Paşazadə 20 yanvarda millətin müqavimət ruhunu ifadə edən adamdır” –Qulu Məhərrəmli

Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı ölkədə milli dini zəmində sabitliyin bərqərar olduğunu bəyan edərək ölkəmizin bu nümunəsinin dünyanın bütün nufuzlu din xadimləri tərəfindən etiraf olunduğunu demişdi.

Lakin bu sabitlik görünür müəyyən dairələri qıcıqlandıran məsələyə çevrilib. Son həftələr Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə qarşı aparılan təhqir kampaniyası bu baxımdan tanınmış şəxslərin narazılığına səbəb olub. Politoloq Zərdüşt Əlizadə verdiyi açıqlamada Şeyxulislama qarşı aparılan bu kampaniyanın xaricdən idarə olunduğunu deyib və burada əsas məqsədin Azərbaycan cəmiyyətində milli və etnik qarşıdurma yaratmaq olduğunu vurğulayıb.

Tanınmış telejurnalist Qulu Məhərrəmli də bu kampaniyanın cəmiyyətdə dialoq mühitinin dağıdılması üçün aparıldığı qənaətindədir.

Onun sözlərinə görə, Şeyxulislamla bağlı bu kampaniya birinci dəfə deyil: “Şeyxulislam Azərbaycanda cəmiyyətin dini düşüncəsi olan inanclı insanların hörmət etdiyi, rəğbət bəslədiyi şəxsdir. Şeyx mənim üçün 20 yanvar 1990-cı ilə bu millətin müqavimət ruhunu ifadə edən adamdır. Nöqsanlar hər yerdə, hamıda var. İnsanı normal tənqid etmək olar. Amma bunu xüsusi missiyaya çevirmək, cəmiyyəti parçalamağa çalışmaq əxlaqsızlıqdır. Vaxtilə Şeyxulislama qəzetlər hucum edirdi, zaman-zaman anlaşılmlazlıqlar da yaranırdı. Hesab edirəm ki, istər dini, sosial, istər etnik zəmində bu cür qarşıdurmaların yaratmaq cəhdi təhlükəlidir. Sağlam düşüncə ilə bu təhlükəyə qalib gələ bilərik”.

Q.Məhərrəmli qeyd edib ki, son illərdə Azərbaycan sosial platformalarda, cəmiyyətdə  nufuzu, ictmai çəkisi olan şəxslərə qarşı hucum kampaniyaları aparılır: “Vaxtı ilə üzdə olan yazıçılara, şairlərə, siyasi xadimlərə necə hucumlar edirdilər. Sanki millətə özünü əskiklik kompleksi aşılayırlar ki, onun heç bir müsbət dəyəri yoxdur. Bu baxımdan mən Zərdüşt bəyin məqaləsinə  baxdım hesab edirəm ki, çox sağlam fikir ifadə edib”.

Q.Məhərrəmlinin sözlərinə görə, sosial şəbəkədə, müxtəlif yerlərdə ürək bulandıran, qarşıdurma yaratmağa cəhd edən insanlar mövcuddur:  “Nə yaxşı ki, bunların heç birinin ciddi təsiri olmur. Azərbaycan cəmiyyətinin təbiətindəki müqavimət belə ictimai viruslara əl-qol açmağa imkan vermir”.

Tanınmış jurnalistin fikrincə, onlar sosial şəbəkələrdə belə böhtan kampaniyası ilə hansısa niyyətlərinə nail ola bilməyəcklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda özəl tibb müəssisələrində yoxlamalar bərpa olunur –

Sonrakı məqalə

Ramiz Mehdiyev AMEA-nın kadrlar şöbəsinə yeni rəhbər təyin etdi