Ramiz Mehdiyev AMEA-nın kadrlar şöbəsinə yeni rəhbər təyin etdi

AMEA Rəyasət Heyəti aparatının Kadrlar və hüquqi təminat şöbəsinin müdiri Rzaqulu Hacıyev tutduğu vəzifədən azad edilərək başqa vəzifəyə keçirilib.

AMEA-dan verilən məlumata görə, qurumun müdiri vəzifəsinə Elmira Əliyeva təyin edilib. Bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq sərəncamlar imzalayıb.

Qeyd edək ki, Elmira Əliyeva daha öncə sözügedən şöbənin Kadrlar sektorunda baş mütəxəssis vəzifəsində çalışırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Allahşükür Paşazadə 20 yanvarda millətin müqavimət ruhunu ifadə edən adamdır” –

Sonrakı məqalə

Martın 21-dən Moskvada məktəblər bağlanacaq –