Allahşükür Paşazadənin Nobel mükafatına namizədliyi irəli sürülüb

Bu il Azərbaycandan Nobel mükafatına namizəd göstərilən şəxsin adı bəlli olub.

Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov “MediaPosta açıqlamasında bildirib ki, bu il Azərbaycandan cəmi bir namizəd təqdim olunub.

Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Nobel Sülh mükafatına ekspert qrupu tərəfindən namizəd kimi artıq təsdiqlənib.

Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadə bundan əvvəl də Nobel Sülh mükafatına namizəd göstərilib.

Xatırladaq ki, Azərbaycanda Nobel İnformasiya Mərkəzi 1996-cı ildə Nazirlər Kabinetinin xüsusi qərarı ilə yaradılıb və dünyada beşinci mərkəz sayılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qalatasaray”a qarşı hücum futbolu oynamaq absurd olar” –

Sonrakı məqalə

“Qarabağ” – “Molde” oyunu neytral meydanda keçiriləcək –