“Qarabağ” – “Molde” oyunu neytral meydanda keçiriləcək –Bu ölkədə

Çempionlar Liqası III təsnifat mərhələsinin “Qarabağ” – “Molde” matçı Azərbaycanda keçirilməyəcək.

Qol.az Ağdam klubunun saytına istinadən xəbər verir ki, görüş Kiprin Larnaka şəhərində oynanılacaq. Qarşılaşma sentyabrın 16-da, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, püşkə əsasən, oyun 15-16 sentyabrda Bakıda keçirilməli idi. Lakin “Molde” klubu Bakıdan dönüşdə Norveçdə 10 günlük karantinə alınacağını bildirərək qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Allahşükür Paşazadənin Nobel mükafatına namizədliyi irəli sürülüb

Sonrakı məqalə

Türkiyədə daha 55 nəfər koronavirusdan ölüb