Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Alma sirkəsindən gündəlik istifadə artıq çəkidən azad edir

Orkhan Ali 15 Mart 2024 - 15:48 (Last updated: 21 May 2025 - 20:15)
e554c0183b832eec57e5a8e58bae406fdd5eaaee

Lap qədimdən xalq təbabətində geniş istifadə olunan alma sirkəsi faydalı xüsusiyyətlərinə görə son illər bir qədər də populyarlaşıb. Bəs elm bu içkinin faydaları barədə nə deyir?

Azpost.info xəbər verir ki, Livandan olan bir qrup elm adamı alma sirkəsinin çəkini, qanda qlükozanı və lipid səviyyəsini azaldıb-azaltmadığını araşdırıb.

Artıq çəkili gənclərin iştirakı ilə keçirilən sınaqda iştirakçılardan 12 həftə ərzində hər səhər yeməkdən əvvəl 250 ml suda həll edilmiş 5, 10 və ya 15 ml alma sirkəsi içmək tələb olunub.

Üç aydan sonra məlum olub ki, alma sirkəsi içmək bədən çəkisinin və bədən kütləsi indeksinin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnir. Bu içkini içən insanlar dozadan asılı olaraq 6-8 kq çəki itirib. Onların baldır və bel ətrafı da əhəmiyyətli dərəcədə incəlib.

Bundan başqa, tədqiqat müəllifləri alma sirkəsi içən qruplarda qlükoza, trigliseridlər və xolesterin səviyyələrində əhəmiyyətli dərəcədə azalma olduğunu bildiriblər.

Alma sirkəsi sağlamlığınıza zərər də verə, məsələn, diş minasını məhv edə bilər. Bu riski minimuma endirmək üçün diş həkimləri sirkə qəbulundan sonra ağzınızı su ilə yaxalamağı və tüpürcək istehsalını stimullaşdırmaq üçün şəkərsiz saqqız çeynəməyi tövsiyə edir. Həmçinin, sirkəli su içdikdən dərhal sonra dişlərinizi fırçalamaqdan çəkinməlisiniz.

Azpost.info

Post navigation

Previous: “Serialda müəllimin nufuzunu artırmaq cəhdi uğursuz alınıb” –
Next: Tarif Şurası dərmanların qiyməti ilə bağlı qərar verdi

Oxşar xəbərlər

avto yaqisli hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 25 Oktyabr 2026 - 13:41
qida yemek
  • Sosial

Evdə qida israfını azaltmağın 6 yolu

User 25 Oktyabr 2026 - 12:25
menzil dizayn
  • Sosial

Evi daha geniş və işıqlı göstərən 7 dizayn üsulu – bahalı təmirə ehtiyac yoxdur

User 25 Oktyabr 2026 - 12:12

xƏBƏR

avto yaqisli hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 25 Oktyabr 2026 - 13:41
Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında havanın...
Read more about Sabaha olan hava proqnozu
Niyə bəzi mahnılar və köhnə kitablar illər keçsə də unudulmur? kitab
  • Maraqlı

Niyə bəzi mahnılar və köhnə kitablar illər keçsə də unudulmur?

User 25 Oktyabr 2026 - 12:50
Evdə qida israfını azaltmağın 6 yolu qida yemek
  • Sosial

Evdə qida israfını azaltmağın 6 yolu

User 25 Oktyabr 2026 - 12:25
Evi daha geniş və işıqlı göstərən 7 dizayn üsulu – bahalı təmirə ehtiyac yoxdur menzil dizayn
  • Sosial

Evi daha geniş və işıqlı göstərən 7 dizayn üsulu – bahalı təmirə ehtiyac yoxdur

User 25 Oktyabr 2026 - 12:12
Bağda suya qənaət etməyin 5 yolu – bitkiləri hər gün sulamaq vacib deyil baqciliq
  • Sosial

Bağda suya qənaət etməyin 5 yolu – bitkiləri hər gün sulamaq vacib deyil

User 25 Oktyabr 2026 - 11:52
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.