“Alman əsgərlərinin Litvaya göndərilməsi Rusiyaya təhlükədir”- KREML

“Litvaya alman əsgərlərinin göndərilməsinə və 2027-ci ilə qədər hərbi bazanın yaradılmasına Rusiyanın münasibəti mənfidir”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bu, Rusiya üçün təhlükə yaradır və Moskvadan xüsusi tədbirlər görməsini tələb edir.

“Bu, gərginliyin artmasının, sərhədlərimizin yaxınlığında bizim üçün təhlükə ciblərinin yaradılmasının davamıdır. Bu, təbii ki, öz təhlükəsizliyimizi təmin etmək üçün bizdən xüsusi tədbirlər görməyi tələb edir”, – Kreml rəsmisi deyib.

Azpost.info

Əvvəlki məqalə

Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfərə yola düşüb

Sonrakı məqalə

Yunanıstan Ukraynaya 32 ədəd F-16 göndərəcək