Almaniya 60 milyonluq IRIS-T raketlərini Ukraynaya verəcək

Almaniya Rusiyanın hücumlarından müdafiə olunmaq üçün Ukraynaya əlavə 60 ədəd IRIS-T hava hücumundan müdafiə raketi təhvil verəcək. Raketlərin ümumi dəyəri təxminən 60 milyon avro təşkil edir.
Qaynarinfo xəbər verir ki, bunu “Deutscher BundeswehrVerband” bildirib.
Qeyd olunur ki, bu təhvil “Ukrayna prezidenti Vladimir Zelenski ilə Almaniya müdafiə naziri Boris Pistoriyus arasında aparılan danışıqların nəticəsidir”.
Əlavə raketlərin “qısa müddətdə” təhvil veriləcəyi vəd olunub. Pistoriyus jurnalistlərə bildirib ki, əlavə raketlərin təhvil verilməsi ilə bağlı qərar, Ukraynadakı mürəkkəb vəziyyətdən dolayı daha əlavə maliyyələşdirmə göstərilmədən qəbul edilib. Ammunisiya Bundesverin ehtiyatlarından götürüləcək.
Keçən gün Pistoriyus Kiyevdə Zelenski ilə görüşüb. Almaniya müdafiə naziri bildirib ki, davam edən Almaniya danışıqları zamanı Ukraynaya üç milyard avro miqdarında yardımın verilməsi üçün ən yaxşı yolun tapılacağına ümid edir.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.