Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • ÖZƏL
  • Sosial

Almaniya Azərbaycandan 10 il qaz alacaq –

User 11 İyun 2025 - 12:29 (Last updated: 11 İyun 2025 - 15:29)
qaz

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Almaniyanın dövlət enerji şirkəti SEFE (Securing Energy for Europe) arasında təbii qaz alışı üzrə 10 illik strateji müqavilə imzalanıb.

AzPost bildirir ki, sənədə əsasən, SOCAR Avropada SEFE-nin ehtiyaclarını qarşılayacaq şəkildə təbii qaz tədarükünü təmin edəcək.

Müqavilənin şərtlərinə əsasən, illik qaz tədarük həcmi mərhələli şəkildə artırılaraq 15 teravatt-saat (TWh), yəni təxminən 1,5 milyard kubmetrə (bcm) çatdırılacaq. Bu əməkdaşlıq qaz hasilatı və infrastrukturun, o cümlədən qaz kompressorlarının inkişafı sahəsində investisiyaların dəstəklənməsini nəzərdə tutur. Nəticədə, Avropaya daha çox boru xətti qazı çatdırılması mümkün olacaq və bu, qitənin enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcək.

SEFE-nin baş icraçı direktoru Egbert Laege bildirib ki, bu uzunmüddətli müqavilə Almaniya ilə Azərbaycan arasında mövcud olan güclü əməkdaşlığın əyani nümunəsidir:
“Bu tərəfdaşlıq Avropaya əhəmiyyətli həcmdə təbii qaz çatdırmaq üçün yeni marşrutun formalaşmasına səbəb olacaq. Bu isə bizim enerji portfelimizin şaxələndirilməsi və müştərilərimizin enerji təchizatının təhlükəsizliyinin artırılması istiqamətində vacib addımdır.”

SOCAR-ın prezidenti Rövşən Nəcəf isə vurğulayıb ki, bu razılaşma SOCAR-ın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atdığı növbəti mühüm addımdır:
“SEFE-yə etibarlı və iri həcmdə təbii qaz tədarük etməklə, biz Azərbaycan ilə Almaniya arasında mövcud olan tərəfdaşlığı daha da möhkəmləndiririk. Bu həm Avropanın enerji mənbələrinin şaxələndirilməsi, həm də dayanıqlı inkişaf hədəflərinə dəstəkdir. SOCAR bundan sonra da hasilat və infrastruktur sahəsində layihələrə sərmayə yatıraraq tərəfdaşlarımıza fasiləsiz və təhlükəsiz enerji təchizatının təmin edilməsini davam etdirəcək.”

Bu yeni əməkdaşlıq həm Azərbaycan, həm də Avropa üçün enerji sahəsində strateji əhəmiyyətə malikdir və qlobal enerji bazarlarında stabilliyin təmin olunmasına önəmli töhfə verəcək.

AzPost.az

Post navigation

Previous: Səfərbərlik Xidməti işə qəbulla bağlı müsabiqə elan edib
Next: Azərsun Holdinq 6 ayda 41 min manatdan çox cərimələnib

Oxşar xəbərlər

et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
qida yemek
  • Sosial

Ürəyə zərər verən qidalar açıqlandı – Gündəlik menyudan nəyi çıxarmalı?

User 06 Noyabr 2026 - 19:20

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.