“Almaniya deyirdi Kiyev tez təslim olsa yaxşıdır, Makron müharibəyə inanmırdı…” –CONSON CNN-ə DANIŞDI

“Xüsusi əməliyyat başlamazdan əvvəl Almaniya Ukraynanın tez bir zamanda hərbi məğlubiyyətə uğramasının iqtisadi baxımdan faydalı olacağına inanırdı”.

Azpost.info xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson CNN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Almaniya münaqişə vəziyyətində Ukraynanın qaçılmaz məğlubiyyətinə ümid edirdi.

“Almanların mövqeyi ondan ibarət idi ki, hər şeyin tezliklə bitməsi, Ukraynanın təslim olması, daha yaxşı olar. Almaniya hökuməti öz mövqeyini bir sıra ciddi iqtisadi səbəblərlə izah edirdi. Mən bunu dəstəkləyə bilməzdim. Düşünürdüm ki, bu, məsələyə fəlakətli baxışdır. Amma mən başa düşürdüm ki, onlar niyə belə düşünür və niyə belə hiss edirlər”, – Conson qeyd edib.

Keçmiş Baş nazir deyir ki, Fransa hökuməti Rusiya ilə Ukrayna arasında silahlı münaqişə ehtimalını son ana qədər inkar edir, hərbi əməliyyatların başlanmasına inanmırdı.

 

Conson İtaliya Baş naziri Mario Draqinin Ukraynada genişmiqyaslı hərbi əməliyyatlar təhlükəsi ilə bağlı ilkin siyasətini də tənqid edib: 

“İtaliya Aİ-nin Rusiyaya qarşı ümumi siyasətinə qoşula bilməyəcəyini deyirdi. Draqinin rəhbərlik etdiyi hökumət Rusiya karbohidrogenlərindən böyük asılılığını dərk edərək müəyyən mərhələdə bizim tutduğumuz mövqeyi dəstəkləyə bilməyəcəyini bəyan etmişdi”.

Consonun dediyinə görə ki, xüsusi əməliyyat başlamazdan əvvəl Qərb ölkələrinin rəyi çox müxtəlif olub. Lakin hərbi əməliyyatların gedişi Avropanı birləşməyə və Ukraynaya yardım göstərməyə məcbur edib: “Hər kəs -almanlar, fransızlar, italyanlar, eləcə də Co Bayden gördü ki, sadəcə seçim yoxdur. Çünki bu adamla (Rusiya prezidenti Vladimir Putin) razılığa gəlmək mümkün olmadı. Bu, əsas məqamdır”.

Consonun fikrincə, Aİ Rusiya ilə qarşıdurmada parlaq iş görüb: “Bütün narahatlıqlarımdan sonra… Avropa İttifaqının hərəkətlərinə hörmətlə yanaşıram. Onlar birləşdilər. Sanksiyalar sərt oldu…”.

Ukrayna prezidenti Vladimir Zelenskidən də danışan Boris Conson onu “görkəmli rəhbər” kimi xarakterizə edib: “O, çox cəsur oğlandır. Düşünürəm ki, o, olmasaydı, bu münaqişənin tarixçəsi tamam başqa olardı…”.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub – FOTO

Sonrakı məqalə

“Babək Səmidli özü xahiş edib ki, Fərhad Əhmədov onun səsini yazsın“ –