Almaniya futbol klubunun prezidenti qəflətən vəfat edib

Almaniyanın “Herta” klubunun prezidenti Kay Bernşteyn dünyasını dəyişib.

Bundesliqa təmsilçisinin rəsmi saytı xəbər verir ki, 44 yaşlı funksioner qəflətən vəfat edib.

“Herta”nın yaydığı açıqlamada klubda çalışan hər kəsin K.Bernşteynin ölümündən şoka düşdüyü bildirilib.

Qeyd edək ki, Kay Bernşteyn 2022-ci ilin iyun ayından “Herta”ya rəhbərlik edirdi. O, 1990-cı illərin əvvəllərində Berlin təmsilçisinin fəal azarkeşi olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.