Almaniya Gürcüstandakı səfirini geri çağırıb

Almaniya
Almaniya

Almaniya Xarici İşlər Nazirliyi Gürcüstandakı səfiri Peter Fişeri məsləhətləşmələr üçün geri çağırıb.

Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin X platformasındakı rəsmi səhifəsində bildirilib.

Məlumatda Almaniya Xarici İşlər Nazirliyinin Gürcüstan ilə münasibətlərdə bundan sonrakı addımları müzakirə etmək məqsədilə məsləhətləşmələr aparmaq üçün səfir Peter Fişeri geri çağırmaq qərarına gəldiyi qeyd olunub.

Bundan başqa, sabah Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının toplantısının gündəliyinə Gürcüstanla bağlı məsələnin də daxil edəcəyi vurğulanıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.