Almaniya HƏMAS tərəfdarlarını sərt tədbirlərlə hədələdi

HƏMAS yaraqlılarının İsrailə genişmiqyaslı hücumundan sonra Almaniyanın daxili işlər naziri Nensi Fezer Fələstin radikal hərəkatının tərəfdarlarını sərt tədbirlərlə hədələyib.

“Biz HƏMAS tərəfdarlarına qarşı bütün kəşfiyyat və polis vasitələrindən istifadə edirik. Təhlükəsizlik qüvvələrimiz HƏMAS yaraqlılarının hərəkətlərini yaxından izləyir”, – nazir deyib.

Fezer federal əyalətlərin hakimiyyət orqanlarını HƏMAS-a dəstək verən nümayiş və mitinqləri yatırmağa çağırıb: “HƏMAS-la həmrəylik nümayişlərinin mümkün qədər tez qarşısını almaq üçün bütün qanuni vasitələrdən istifadə etmək lazımdır. Həmçinin Almaniya pasportu olmayan islamçı cinayətkarları ölkədən qovmaq üçün immiqrasiya qanunvericiliyinin bütün imkanlarından istifadə edilməlidir”, – DİN rəhbəri qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.