Almaniya kubokunun qalibi “Leyptsiq” olub

İyunun 3-də futbol üzrə Almaniya kubokunun qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, həlledici qarşılaşmada “Leyptsiq” və “Ayntraxt” klubları üz-üzə gəlib.

Matç “Leyptsiq”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda qolları 71-ci dəqiqədə Kristofer Nkunku və 85-ci dəqiqədə Dominik Soboslay vurublar.

Qeyd edək ki, bu, “Leyptsiq”in Almaniya kubokunda ikinci zəfəridir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.