Almaniya millisi 1/4 finala yüksəlib-Avro-2024

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/4 finalın daha bir iştirakçısı bəlli olub.

1/8 finalda Danimarka millisinə 2 cavabsız qolla qalib gələn ev sahibi ölkənin yığması növbəti mərhələyə adlayıb.

Matçda hər iki qol ikinci hissədə vurulub. 53-cü dəqiqədə Kay Haverts penaltini dəqiq yerinə yetirib. 68-ci dəqiqədə isə Camal Musiala rəqib qapıçı ilə üzbəüz dueldən qalib ayrılıb.

Almaniya millisi 1/4 finalda İspaniya – Gürcüstan cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl İsveçrə yığması İtaliyanı 2:0 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.