Almaniya prezidentindən Trampa kəskin ittiham –"Dünyanı "quldur yuvasına" çevirir"

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Donald Trampın prezidentliyi dövründə ABŞ-ın xarici siyasətini kəskin tənqid edib.

AzPost bildirir ki, bu barədə Reuters məlumat yayıb

Ştanmayer beynəlxalq ictimaiyyəti qlobal nizamın dağılmasının və vicdansızların at oynatdığı “quldur yuvasına” çevrilməsinin qarşısını almağa çağırıb.

Ştaynmayer ABŞ-ın son hərəkətlərini sərt tənqid edərək qlobal demokratiyanın görünməmiş hücuma məruz qaldığını bəyan edib. O, Almaniyanın ən vacib tərəfdaşı olan və mövcud dünya nizamının formalaşmasında əsas rol oynayan ABŞ-ın öz hərəkətləri ilə onun dəyərlərini sarsıtdığını söyləyib.

“Məsələ dünyanın prinsipsiz vicdansızların istədiyini aldığı, bölgələrin və ya bütöv ölkələrin bir neçə böyük dövlətin mülkiyyəti hesab edildiyi quldur yuvasına çevrilməsinin qarşısını almaqdır”, – deyə o, 7 yanvar axşamı keçirilən simpoziumda çıxışında bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.