Almaniya Rusiyanın 40 diplomatını “persona non qrata”elan etdi

Almaniya Rusiyanın 40 diplomatını “persona non qrata”elan edib. 
Azpost.info bildirir ki, bu barədə Almaniyanı xarici işlər naziri Annalena Berbok bəyan edib.
O bildirib ki, Berlin Rusiya ilə bağlı sonrakı addımlarını tərəfdaşları ilə razılaşdıracaq.
“Biz Rusiya səfirliyinin xeyli sayda əməkdaşını arzuedilməz şəsx elan etmişik”-deyə nazir Tvitterdə bildirib.
Qeyd edək ki, “Bild” qəzeti bu gün rus diplomatlarının ölkədən çıxarılacağını yazmışdı. Nəşrin öz mənbələrinə istinadən məlumatına görə, diplomatlar Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinir.
Bundan əvvəl nəşr Almaniyada Rusiya kəşfiyyatına işlədiyi iddia edilən 2 mindən çox adamın olduğunu iddia etmişdi.
Əvvəlki məqalə

ABŞ rusiyalı oliqarxın 120 milyonluq yaxtasına həbs qoydu

Sonrakı məqalə

Bayden dünyada ən təhlükəli adamın adını açıqlayıb – CNN