Almaniyada altı solçu gənc mühakimə olunacaq- SƏBƏB

xəbərdarlıq edilib
xəbərdarlıq edilib

Almaniyada altı nəfər gənc solçu radikal qrup üzvü qətl cəhdində ittiham olunaraq məhkəmə qarşısına çıxarılacaq. AzPost xəbər verir ki, məlumatı Düsseldorfun Ali Əyalət Məhkəməsi yayıb.

Məlumata görə, Antifa Ost birlikləri ilə əlaqəli olduqları ehtimal edilən bu şəxslər bir neçə zorakı hücumun təşkilində təqsirləndirilirlər. İttiham aktında 22–24 yaşlarında olan Almaniya vətəndaşlarının adları yer alır.

Onların məhkəməsi 2026-cı il yanvarın 13-də başlanacaq. İstintaqın gəldiyi nəticələrə əsasən, gənclərin hamısı solçu hərbi xarakterli ekstremist təşkilatın üzvü olub və həmin qurumun rəhbəri hesab edilən Yoxann G. barəsində ayrıca cinayət işi aparılır.

İttihamlara 2023-cü ilin fevralında Budapeştdə neonasistlərə qarşı təşkil edilən hücumda iştirak, həmçinin 2022-ci ilin aprelində Erfurtda sağ radikallar arasında məşhur olan geyim mağazasına edilən hücum daxildir.

Onlara qətl cəhdindən başqa, ağır bədən xəsarətləri yetirmək maddələri də irəli sürülüb. İttiham olunanların hamısı hazırda həbsdə saxlanılır və məlumatlara görə, onların bir qismi cari ilin əvvəlində könüllü şəkildə polisə təslim olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.