Almaniyanın Maqdeburq şəhərində milad bazarında iki avtomobil insan izdihamının üzərinə sürülüb.
Azpost.info bildirir ki, alman mediasının məlumatına görə hadisə nəticəsində 11 nəfər ölüb, 60 nəfər yaralanıb.
Hüquq mühafizə orqanları hadisənin terror aktı olub-olmaması üzərində araşdırma aparır.
Sürücülərdən birinin saxlanıldığı bildirilir.
**
Almaniya hakimiyyəti bunu terror hücumu adlandırıb. İlkin məlumata görə, sürücü Suriya əsillidir (bu məlumat dəqiqləşdirilir).
Alman mediası ölən və yaralananlarla bağlı məlumatları düzəldib. Hazırda müxtəlif hesablamalara görə, 20-dən 60-a qədər insan yaralanıb. Bir sıra KİV ən azı bir nəfərin öldüyü barədə məlumat verir.
**
Almaniya polisi Maqdeburqda terror aktı törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Almaniya mətbuatının yazdığına görə, o, Suriyadandır və İŞİD-lə əlaqəlidir.
**
Almaniyada Milad bazarında BMW markalı avtomobili ilə onlarla insanı vuran terror aktında şübhəli bilinən şəxsin tutulma anı.
Maqdeburq xilasetmə xidmətləri avtomobilin toqquşması nəticəsində 60-80 nəfərin xəsarət aldığını bildirib.
**
Milad yarmarkasının rəhbəri insanları şəhər mərkəzini tərk etməyə çağırıb.
Hazırda təhlükəsizlik qüvvələri hadisə yerində təhqiqat aparırlar. Xəsarət alanların xəstəxanaya yerləşdirilməsi üçün Maqdeburqdan 80 kilometr məsafədəki Halle şəhərində lazımi tədbirlər görülüb.
Xatırladaq ki, oxşar hadisə səkkiz il əvvəl Berlində baş vermişdi. 2016-cı il dekabrın 19-da terrorçular yük avtomobilini Berlinin Braytşayd meydanındakı Milad yarmarkasında insanların üstünə sürməsi nəticəsində 13 nəfər həlak olmuş, 70-dən çox insan xəsarət almışdı.
