Almaniyada Fələstinlə bağlı aksiyada on mindən çox insan iştirak edib

Almaniyanın Frankfurt şəhərində Fələstinin dəstəkləndiyi etiraz aksiyasında on mindən çox insan iştirak edib.

APA xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzeti yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

“United 4 Gaza” nümayişi çərçivəsində 10 min fələstinli fəal Frankfurtda yürüş edir”, – deyə məlumatda deyilir.

Məlumatda həmçinin qeyd olunub ki, əvvəlcə 5 min nəfərin iştirak edəcəyi elan edilsə də polis aksiyada on mindən çox iştirakçının olduğunu bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.