Almaniyada ilk Azərbaycan xeyriyyə təşkilatı fəaliyyətə başlayıb

Yanvar ayının 10-da Almaniyada “Varlıq” fondunun təsis yığıncağı keçirilib.

Almaniyada yaşayan azərbaycanlıların vahid təşəbbüsü ilə yaradılan “Varliq-Fonds” e.V.” ictimai birliyinin ilk təsis toplantısı Qarabağ müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edilərək işinə başlayıb. Şəhidlərimizin əbədi xatirəsinə dərin ehtiramın təcəssümü olaraq yaradılan “Varlıq” fondunun əsas hədəflərindən biri şəhid və qazi ailələrinə yardımın təşkili və təmin edilməsidir.

Yığıncaqda iştirakçılar dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlıların vahid yumruq şəklində sıx birləşərək Azərbaycan həqiqətlərinin dünyaya çatdılırması üçün göstərdikləri fədakar fəaliyyətlərdən bəhs etdilər. Əminliklə qeyd olundu ki, “Varlıq” fondu öz fəaliyyətində həmrəylik, yardımlaşma və paylaşma ənənələrinə sadiq qalaraq yaxın gələcəkdə Avropa Biriliyi ərazisində yaşayan azərbaycanlıları və ürəyi Azərbaycanla döyünən hər kəsi bir araya gətirən körpü rolunu oynayacaqdır.

Daha sonra, yığıncaqda, xeyriyyə fondunun sədri və sədr müavinləri vəzifələrinə səsvermə keçirildi. Səsvermə nəticəsində, Almaniyada təsis edilmiş ilk Azərbaycan xeyriyyə təşkilatı olan “Varlıq” fondunun sədri Dr.Qurban Ələkbərov, sədr müavinləri Nurlan Məmmədov və Cavidan Kərimli İdarə Heyətinə seçildilər.

“Varliq-Fonds” e.V xeyriyyə təşkilatı Avropa Birliyində fəaliyyət göstərən təşkilat olaraq burada yaşayan həmvətənlərimizdən gələn ianələri qəbul edəcək. Fondun fəaliyyət dairəsi geniş olub Azərbaycan tarixi, musiqisi və mədəniyyətinin dünyaya tanıdılması, eləcə də elmin və təhsilin inkişafına dəstəyi də əhatə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rüşvətxorluğa görə Nazirlikdən uzaqlaşdırılanlar nazirin anası haqqnda belə ləyaqətsiz yalan yayır”-

Sonrakı məqalə

Kremldə Putin, İlham Əliyev və Paşinyanın üçtərəfli görüşü başlanıb