Almaniyada koronavirusa yoluxanların sayı 10 nəfərə çatıb

02 Fevral 2020 - 15:45

Almaniyada koronavirusa yoluxanların sayı 10 nəfərə çatıb.

“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, buna səbəb Uhandan evakuasiya edilən Almaniya vətəndaşlarından 2-də koronavirusa yoluxmanın aşkarlanmasıdır.

Virusa yoluxan şəxslər Frankfurt Universitetinin klinikasına yerləşdirilib.

Qeyd edək ki, Çindən evakuasiya edilən Almaniya vətəndaşlarının olduğu təyyarə dünən Frankfurt aeroportuna enib. Təyyarədə Çində virusun yayıldığı Uhan və digər şəhərlərdən evakuasiya edilən 100-dən çox Almaniya vətəndaşı olub.

Xatırladaq ki, Çin hökuməti keçən il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) Uhan şəhərində yeni tip koronavirusun (2019-nCoV) yayılması barədə məlumat verib.  Artıq Çində 14,4 min insan koronavirusa yoluxub, virusa yoluxmuş 304 nəfər isə həyatını itirib.

Çindən başqa 20 ölkədə 100-dən çox insanda koronavirus aşkarlanıb. ÜST artıq koronavirusu qlobal təhlükə elan edib. (APA)