İraqda yeni etiraz dalğası başlanıb

İraqın ən güclü din xadimi Ayətullah Əli əl-Sistani ölkədə kütləvi etirazların kritik dövrə girdiyi və siyasi fraksiyaların ölkənin yeni baş naziri ilə bağlı fikiri ayrılıqları yaşadığı bir vaxt hökumət əleyhinə etirazçılara qarşı güc tətbiq edilməsini bir daha qınayıb.

Eyni zamanda isə nüfuzlu və radikal din xadimi Müqtəda Əl-Sədr Bağdadın Təhrir Meydanına toplaşan hökumət əleyhinə nümayişçilərə dəstəyini geri çəkdikdən bir həftə sonra tərəfdarlarını yenidən küçələrə axışmağa çağırıb. Bu addım İraq prezidentinin növbəti baş nazirin seçilməsi üçün təyin etdiyi son möhlət tarixindən bir gün əvvələ təsadüf edib.

Əl-Sistani bu açıqlamaları Bağdadın Xilani və Vathba meydanlarında iğtişaşlar davam edən zaman yayıb. Təhlükəsizlik və səhiyyə rəsmilərinin verdiyi məlumata görə, orada cümə günü təhlükəsizlik qüvvələrinin izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz balonlarından istifadə etməsi nəticəsində azı 11 nümayişçi yaralanıb. Rəsmilər qaydalara uyğun olaraq adlarının anonim qalması şərti ilə danışıb.

Bu bölgə ABŞ-ın Bağdadda İran generalının ölümü ilə nəticələnən hava hücumu ilə bağlı müzakirələr İraq siyasətini ələ keçirəndən sonra ictimiayyətin diqqətini dörd aydır davam edən etiraz hərəkatının tələblərinə yönəltmək məqsədilə nümayişçilərin yeni etiraz hərəkatının qaynar nöqtəsinə çevirilib.

Etirazçılar Əl-Sədr ötən həftə tərəfdarlarını küçələrdə geri çəkəndən sonra bir milyon iraqlını cümə günü nümayişləri yenidən canlandırmaq və hökumətə islahat proqramı həyata keçirmək üçün təzyiq göstərmək məqsədilə küçələrə çıxmağa çağırıblar. Əl-Sədrin tərəfdarlarının küçələrdən çəkməsindən sonra təhlükəsizlik qüvvələri etirazçıların düşərgələrində təqibləri artırmışdı. Bağdadda və İraqın cənubunda çadırlar yandırılıb və ən azı dörd etirazçı öldürülmüşdü.

Nümayişçilərin sözlərinə görə, cümə günü etirazçıların sayı bir milyondan az idi.

Əl-Sədr mövqeyinin açıq bir şəkildə dəyişdirərək yeni baş nazirin təyinatı ilə bağlı fikir ayrılıqlarlb ölduğu zaman tərəfdarlarını nümayişləri “yeniləməyə” və küçələrə qayıtmağa çağıran bəyanatla çıxış edib. O deyib ki, siyasi elitalara yeni “mübahisəsiz” hökumət yaratmaq və erkən seçkilər keçirmək üçün təzyiq göstərmək üçün böyük nümayişlərin keçirilməsi çox mühümdür.

Əl-Sədr ikinci açıqlamasında isə bu çağırışın “dərhal qüvvəyə mindiyini” bildirilərək, nümayişçilərə hökumət əleyhinə etiraz hərəkatının mərkəzi olan Təhrir Meydanına tərəf getmələri üçün müraciət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Almaniyada koronavirusa yoluxanların sayı 10 nəfərə çatıb

Sonrakı məqalə

SSRİ-də Həccə necə gediblər? –