Almaniyada koronavirusa yoluxma kəskin artıb

Almaniyada koronavirusa yoluxma halları kəskin artıb.

AzPost bildirir ki, Robert Kox İnstitutunun hesabatına görə, oktyabrın 6-dan 12-dək Almaniyada təxminən 6440 təsdiqlənmiş Covid-19 hadisəsi qeydə alınıb. Bir həftə əvvəl təxminən 3,850 belə hal olub.

Məlumata görə, oktyabrın 6-dan 12-dək xəstələnmə səviyyəsi hər 100 000 nəfərə 600 hadisə təşkil edib.

Buna baxmayaraq, koronavirusa yoluxma hallarının sayı keçən ilin eyni həftəsi ilə müqayisədə azdır, o zaman ki, iki dəfə çox hal qeydə alınıb. İnstitutun məlumatına görə, Almaniyada tənəffüs yoluxucu xəstəliklərə yoluxma halları orta səviyyədə olaraq qalır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.