Almaniyada təxribat hazırlayanlar həbs edilib

Həbs
Həbs

Almaniyada təxribat aktları hazırlamaqda şübhəli bilinən üç Ukrayna vətəndaşı saxlanılıb. AzPost bildirir ki, “The Guardian” alman prokurorluğuna istinadən xəbər verir ki, həbs edilənlər yük daşıma obyektlərində yanğın və partlayışlar törətməyi planlaşdırıblar.

Agence France-Presse-in məlumatına görə, həbslər Almaniya və İsveçrədə baş verib. İstintaq orqanlarının məlumatına görə, şübhəlilər nəqliyyat infrastrukturuna qarşı təxribat fəaliyyətinə hazır olduqlarını açıq şəkildə bəyan ediblər.

“Şübhəlilər Almaniyada yük daşımalarında yanğın və partlayışlar törətməyə hazır olduqlarını bildiriblər”, – məlumatda deyilir.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.