Almaniyada təyyarə evə çırpılıb-Ölənlər var

Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətindəki Vesel şəhərində yüngülmühərrikli təyyarə yaşayış binasına çırpılıb, nəticədə azı üç nəfər ölüb.

Bu barədə “FOCUS Online” nəşri polisə istinadən məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində xəsarət alanlar da olub, onların arasında uşaq da var.

“Frankfurter Allgemeine Zeitung” qəzetinin verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, iki nəfər də xəsarət alıb. Evdə bir və ya iki ailənin yaşadığı deyilir.

Aviaqəzanın səbəbi hələ müəyyənləşdirilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ukrayna muzdlularının Azərbaycan tərəfindən vuruşduqları barədə xəbər əsassızdır” –

Sonrakı məqalə

Moskvada erməni-azərbaycanlı davasında iştirak etmiş 30 nəfər saxlanılıb