Almaniyada Çinin “Temu” onlayn alış-veriş platformasına qarşı iş açılıb.
AzPost bildirir ki, Federal Antiinhisar İdarəsi şirkətin alman bazarında satıcılar üçün qəbuledilməz qiymət tələbləri qoymaqda şübhələnir.
Bununla bağlı araşdırma aparılacaq.
Çində qurulan onlayn pərakəndə satış şirkəti “Temu” olduqca ucuz qiymətlərlə alıcıları cəlb edir və AB üzv dövlətlərində də məşhurdur. Avropada xidmətin aylıq 100 milyondan çox istifadəçisi var. Təxminən bir il əvvəl onlayn bazar alman satıcıları üçün əlçatan olub.
Temu Brüsseldə Aİ-nin istehlakçıların müdafiəsi qanununun və onlayn platformalar üçün qaydaların mümkün pozuntularına görə təhqiqat altındadır.