Almaniyadakı terror hücumunda 2 Türkiyə vətəndaşı yaralanıb- Türkiyə XİN bəyanat yaydı

Türkiyə Xarici İşlər Nazirliyi Almaniyada Milad yarmarkasına edilən hücumla bağlı açıqlama yayıb.

Azpost.info xəbər verir ki, XİN Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasında baş  verən hücumla bağlı Türkiyənin dərin kədər hissi keçirdiyini bildirib.

“Həyatını itirənlərin yaxınlarına başsağlığı verir, yaralılara tezliklə şəfa diləyirik. Ümid edirik ki, şiddətlə qınadığımız bu hücumun səbəbi ən qısa zamanda aydınlaşdırılacaq. Bu ağrılı gündə Almaniyanın yanında olduğumuzu bildirir və günahkarların ədalət qarşısında cavab verəcəyinə ümid edirik”, – açıqlamada deyilir.

O da qeyd olunur ki, Milad bazarında baş verən faciəvi hücumda iki Türkiyə vətəndaşı yaralanıb.

“Vətəndaşlarımızın xəstəxanada müalicəsi davam etdirilir və həyati təhlükə yoxdur. Vəziyyət Baş Konsulluğumuz tərəfindən yaxından izlənilir”, – açıqlamada bildirilir.

Azpost.info

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.