Almaniyadan sığınacaq istəyən ruslara kütləvi şəkildə rədd cavabı verilir

Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi müvafiq ərizə təqdim edən rusların yalnız 10 faizin sığınacaq verir.

Azpost.info xəbər verir ki, bu barədə “Deutsche Welle” yazır.

Ukraynada müharibə başlayandan bəri 4431 rusiyalı Almaniyadan sığınacaq üçün müraciət edib. İndiyədək ərizəçilərin yalnız yarısı ilə bağlı qərar verilib, onların əksəriyyəti (1,905-i) sığınacaq verilməsinə cavabdeh olan ölkəyə göndərilib.

“Almaniyada 159 rusiyalıya sığınacaq verilib, 412 müraciət isə rədd edilib. Təsdiq nisbəti durmadan azalır. 2022-ci ildə mənfi qərarların müsbət qərarlara nisbəti üçdən ikiyə, indi isə doqquza birdir”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib

Sonrakı məqalə

Ceyhun Bayramov İtaliyanın həssas zamanda ədalətli mövqe sərgilədiyini bildirib